• Bakı 22° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Türkiyə sahillərində zəlzələ: 1 ölü, 69 yaralı

DÜNYA

03 Iyun 2025 | 08:53

Türkiyə sahillərində zəlzələ: 1 ölü, 69 yaralı

Türkiyə sahillərində zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

5,8 bal gücündə olan yeraltı təkanların episentri Egey dənizində, Muğla vilayətinin Marmaris rayonundan 10,43 km məsafədə yerləşib. Zəlzələnin ocağı 67,91 km dərinlikdə olub.

Muğla vilayətinin valisi İdris Akbıyık bildirib ki, zəlzələ nəticəsində .69 nəfər xəsarət alıb. 55 nəfər xəstəxanaya müraciət edib, 14 nəfərə isə yerindəcə tibbi yardım göstərilib.

Zəlzələ zamanı panik atak keçirərək xəstəxanaya çatıdırlan 14 yaşlı uşaq həkimlərinə səylərinə baxmayaraq həyatını itirib.

Marmarisdə iki binada çatlar əmələ gəlib.


SON XƏBƏRLƏR

04 Iyun 2025