• Bakı 18° C

    2.01 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəldi

DÜNYA

04 May 2025 | 13:31

Türkiyə və İsrail qırıcıları Suriyada üz-üzə gəldi

Türkiyə və İsrail qırıcıları Suriya səmasında üz-üzə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin “Sözcü” qəzeti məlumat yayıb.

Məlumata görə, mayın 2-də İsrail Suriyaya qarşı genişmiqyaslı hava zərbələri endirib. Vurulan hədəflər arasında Türkiyənin dəstəklədiyi “Sultan Murad” və “Süleyman Şah” qruplaşmalarının bazaları da olub.

Bundan sonra Türkiyəyə məxsus F-16 qırıcıları Suriya hava məkanına daxil olaraq İsrail hərbi təyyarələrinə elektron hərb sistemləri vasitəsilə xəbərdaredici siqnallar ötürüblər.

Hər iki tərəf insidentsiz geri çəkilib.


SON XƏBƏRLƏR

03 May 2025