Türkiyənin Kütahya vilayətində yeraltı təkanlar qeydə alınıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Məlumata görə, zəlzələ vilayətin Simav rayonunda baş verib. Yeraltı təkanların maqnituda gücü 4 bal təşkil edib.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat verilməyib.
Əlavə araşdırmalar aparılır.