• Bakı 15° C

    6.44 m/s

  • USD - 1.7

    EUR - 1.8849

    RUB - 2.0239

Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”

DÜNYA

04 Aprel 2025 | 14:21

Sebastian Burduja: “Rumıniya Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir”

Rumıniya Avropanın enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin genişləndirilməsi mövqeyinə sadiqdir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhlizin Cənub-Şərqi Avropa və Balkanlar istiqamətində genişləndirilməsi region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır.

O qeyd edib ki, Bakıda keçirilən nazirlər görüşü ortaq məqsədi paylaşan tərəfdaşlar arasında dialoq, əməkdaşlıq və koordinasiyalı fəaliyyət üçün mühüm platformadır.


SON XƏBƏRLƏR

06 Aprel 2025