ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın ortalarında Ukraynaya səfər edəcək.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Kelloq Ukrayna lideri Volodimir Zelenski ilə danışıqlar aparacaq.
Fevralın 3-də Tramp Rusiya və Ukrayna ilə planlaşdırılan təmasları açıqlayıb və danışıqların uğurla davam etdiyini vurğulayıb.