Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp Kiyev rejiminin başçısı Volodimir Zelenskinin istefasının zəruriliyi ilə bağlı yekdil fikirdədirlər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti yazıb.
Adı açıqlanmayan ukraynalı siyasətçi qeyd edib ki, Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi məsələsində Rusiya və ABŞ-nin mövqelərinin üst-üstə düşməsi “narahatlıq yaradır”.
“Mən bunu Tramp və Putinin Zelenskinin istefaya getməsini istədikləri barədə razılığa gələn ilk sübut kimi görürəm”, – Amerika nəşri mənbədən sitat gətirir.