• Bakı 10° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

ABŞ-dan deport olunacaq azərbaycanlıların SAYI

DÜNYA

03 Fevral 2025 | 23:06 | Müəllif: Subhan Mahmudov

ABŞ-dan deport olunacaq azərbaycanlıların SAYI

Ötən ilin noyabrına olan məlumata görə, ABŞ-dan deportasiya edilməsi gözlənilənlərin siyahısında Azərbaycanın 709 vətəndaşı var.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Foks Nyus” ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinə istinadla məlumat yayıb.

Deportasiya siyahısına həmçinin Türkiyənin 3103, Rusiyanın 3518, Ukraynanın 1862, Gürcüstanın 833 və Belarusun 323 vətəndaşı daxildir.

Qeyd edək ki, bundan öncə Ermənistanın 2 808, İranın isə 2 618 vətəndaşının deport ediləcəyi açıqlanmışdı.

Ümumilikdə 1 445 549 əcnəbi barəsində deportasiya qərarı verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026