Milyarder Corc Sorosa ABŞ-da ən yüksək mükafat olan “Prezident Azadlıq medalı”nın təqdim edilməsi gülməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə iş adamı İlon Mask X hesabında yazıb.
Qeyd edək ki, daha öncə Ağ Ev ABŞ Prezidenti Co Baydenin “Prezident Azadlıq medalı”nı təqdim edəcəyi şəxslərin siyahısına 2016-cı ildə Demokratlar Partiyasından prezident seçkilərində iştirak etmiş ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton, Soros, modelyer Ralfın daxil olduğunu elan edib. Bundan əlavə, futbolçu Lionel Messi, musiqiçi Bono, aktyor Denzel Vaşinqton da siyahıda yer alıb.