• Bakı C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.7536

    RUB - 1.5373

2025-ci ilin rəngi 

CƏMİYYƏT

04 Yanvar 2025 | 17:58

2025-ci ilin rəngi 

Dizayn dünyasına istiqamət verən “Pantone Color Institute” 2025-ci ilin rəngini “Mocha Mousse” olduğunu elan edib. Köpüklü şokolad deserti mənasını verən bu rəng qarşıdakı il geyimlərdən tutmuş ev dekorasiyasına və gündəlik həyatın hər sahəsində tez-tez qarşımıza çıxacaq.

Bakıvaxtı.az  xəbər verir ki, 2024-cü ilin rəngi “Peach Fuzz” - şirin və açıq tonlu rəngdən sonra bu il daha tünd, lakin yumşaq və məxməri bir qəhvə tonu bizi qarşılayır.

Rəsmi olaraq "Pantone 17-1230" kodu ilə tanınan “Mocha Mousse” şokolad, qəhvə və kakaonun isti tonlarını xatırladır. Bu rəngin ev dekorasiyasında dizaynerlər tərəfindən çox seçiləcəyi gözlənilir. Minimalist tonda olduğundan demək olar ki, hər rəng ilə uyğunlaşaraq evinizdə harmoniyanı təmin edə bilər.

Dizeynerlər bildirir ki, mebellərdə məxməri qəhvəyi tonlar evinizə sadə və isti bir atmosfer qatacaq. Mebel, aksesuar və divar boyalarında bu rəngdən istifadə edərək modern və rahat bir mühit yarada bilərsiniz.

Qəhvəyi rəng çox zaman darıxdırıcı və sıradan kimi qəbul edilsə də, “Mocha Mousse” bu önyarğıları sındıracaq və geyimlərə yeni bir trend qatacaq.

İsti və lüks görünüş yaradan yumşaq qəhvəyi rəngli pencək, sviter və ayaqqabılarla diqqət çəkən kombinlər əldə edə bilərsiniz. Xüsusilə qış mövsümündə bu rəng moda dünyasında ön planda olacağı gözlənilir.

Həmçinin bu rəng təbii və isti tonları ilə gözəllik trendlərinə yeni nəfəs gətirəcəyigözlənilir. Nötr və hər rənglə uyğunlaşa bilən bu ton, makiyaj məhsullarında və dırnaq modasında sadə və klassik görünüşü ilə 2025-ci ildə populyar olmağa namizəddir.


SON XƏBƏRLƏR