Azərbaycan milli mətbuatının 150 illiyi yubiley medalı təsis ediləcək.
Bakıvaxtı.az xəbər verir ki, bu, “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, mətbuat sahəsində xüsusi xidmətləri olan, həmçinin media qanunvericiliyinin təkmilləşdirilməsinə xidmət edən şəxslərə milli mətbuatın 150 illik yubileyi ilə əlaqədar təsis edilən medal veriləcək.
Qanun layihəsi qəbul edilib.
Mina Mikayılova