• Bakı 21° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Psixoloqdan övladı imtahana hazırlaşan valideynlərə ÇAĞIRIŞ

CƏMİYYƏT

05 Mart 2025 | 15:14

Psixoloqdan övladı imtahana hazırlaşan valideynlərə ÇAĞIRIŞ

“İnsanların stress yaşaması normal haldır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib.

Onun sözlərinə görə, əksinə insanlarda stressin olmaması normal hal deyil.

"Bizim məqsədimiz stressi minimuma endirməkdən ibarətdir. Peşə xarakterə bağlıdır. Uşaqların bunu dərk edərək imtahana getməsi ona stressi idarə etməyə kömək edəcək".

Psixoloq bildirib ki, abituriyentlərin valideynlər və müəllimlər tərəfindən danlanması düzgün deyil.

"Çünki abituriyent imtahana gedərkən nəyi bilib-bilmədiyini yaxşı bilir. Onun üstünə getmək onda olan stressi artıracaq və bildikləri də yaddan çıxacaq".

Mina Mikayılova


SON XƏBƏRLƏR

08 Iyun 2025
07 Iyun 2025