• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Ermənistanın Fransadan asılılığı region üçün nələr vəd edir?

CƏMİYYƏT

03 Fevral 2025 | 16:56

Ermənistanın Fransadan asılılığı region üçün nələr vəd edir?

Ermənistan Fransa ilə hərbi əməkdaşlığı genişləndirərək gələcəkdə bütün sahələrdə bu ölkədən güclü şəkildə asılı olacaq.

Bakıvaxtı.az xəbər verir ki. bunu Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun keçmiş baş elmi işçisi Robert M. Katler deyib.

O, açıqlamasında "Fransa Ermənistana döyüş sursatı, hərbi texnika, hava hücumundan müdafiə sistemləri və gecəgörmə cihazları tədarük edir. Fransa silahları uzaq məsafələrdən hədəfləri vura bilir. 2026-2027-ci illərdə Fransa ilə Ermənistan arasında hərbi əməkdaşlığın genişlənəcəyi ehtimal olunur ki, bu da nəticə etibarilə İrəvanı bütün sahələrdə, o cümlədən iqtisadi sahədə Parisdən son dərəcə asılı vəziyyətə salacaq" deyə qeyd edib.

Bəs görəsən, Ermənistanın Fransadan artan asılılığı region üçün nələr vəd edir?

Politoloq Turan Rzayev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Ermənistanın Fransadan yalnız silah asılılığı ola bilər. Lakin bu asılılığın olacağı da real görünmür.

Onun sözlərinə görə, Fransa ilə Ermənistan arasında kifayət qədər böyük məsafə fərqi var və quru bağlantısı yoxdur. İki ölkə arasında hərbi asılılığın olması üçün bu və ya digər formada ciddi hərbi əməkdaşlığa ehtiyac var:

"Hazırda yalnız Ermənistanın Fransadan hərbi asılılığı var. Bu, asılılığın ən önəmli səbəblərindən biri silahlardakı ucuzluq və əlçatanlıq səviyyəsinin rahat olmasıdır. Lakin Fransa silahları kifayət qədər bahalı, istifadəsi də bir o qədər xərcli və kadrlarının hazırlanması külli miqdarda vəsait tələb edən bir prosesdir. Belə olan təqdirdə Fransadan alınacaq silahların Ermənistanda asılılıq yaratması iddiası o qədər də real görünmür".

T.Rzayevin fikrincə, Ermənistanın Rusiya bazarından çıxaraq başqa bazara girəcəyi ilə bağlı ehtimallar çox aşağıdır.

Turan Rzayev: İndiki məqamda Fransa Ermənistana bəzi silah verir, amma…

Müsahibimiz deyib ki, Ermənistan üçün bir tərəfdə Rusiya, İran, Hindistanın ucuz və əlçatan silahları, digər tərəfdə isə Fransanın yüksək texnologiya məhsulu silahları var. Ermənistanın bu silahları almaq üçün nə çoxlu pulu var, nə də bu silahlardan istifadə üçün kadr yetişdirə bilər:

“Ermənistan siyasi və iqtisadi baxımdan Rusiyadan asılılığa son verə bilər, amma hərbi asılılıqdan imtina etməsi çətindir. Ermənistan kimi ölkələrin iqtisadiyyatı ancaq Rusiya bazarından silah almağa imkan verir”.

Politoloq vurğulayıb ki, Fransa da Ermənistana pulsuz silah verməyəcək. İndiki məqamda Fransa Ermənistana bəzi silah verir, amma Paris toplu silah satışı və uzunmüddətli silah müqavilələri məsələlərinə daha praqmatik yanaşır. Əslində Fransa Ermənistana heç ucuz qiymətə silah vermək niyyətində də deyil.

Gülşən Şərif


SON XƏBƏRLƏR