Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinə ev sahibliyi edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Bildirilib ki, Təmiz Enerji Mərkəzi bərpa olunan enerjinin təşviqi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində üzv dövlətlərin kollektiv səylərini birləşdirən qurumdur.
Qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib.
Mina Mikayılova