• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Razi Nurullayevdən Siyavuş Novruzova: "Sözünü KİŞİ KİMİ DE"

CƏMİYYƏT

03 Fevral 2025 | 17:40

Razi Nurullayevdən Siyavuş Novruzova: Sözünü KİŞİ KİMİ DE

Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisin yaz sessiyasının açılış iclası baş tutub. İclasda çıxış edən Siyavuş Novruzov İmişlidə baş verən hadisələrlə bağlı reaksiya bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə sərt fikirlər səsləndirib: 

"3 km aralıda olan İcra başçısı, polis rəisi niyə gəlmədi? Bu xalqdır, onların qarşısına çıxıb məsələni izah etmək lazım idi. Amma qarşılarına polis düzüb əksinə onları qıcıqlandırdılar. Niyə camaatdan kənara çıxırsınız? Belə hadisələrdə rayon rəhbərliyi insanların qarşısna çıxmalıdır. Əgər çıxmırlarsa, ərizələrini yazıb işdən çıxsınlar". 

Deputatın bu fikirləri onun İmişlini təmsil edən həmkarı Razi Nurullayevin narazılığına səbəb olub. O, bu barədə "Facebook" profilində paylaşım edib.

R.Nurullayev açıqlamasında hər bir məsələ ilə bağlı öz baxış bucağı olduğunu, İmişlidə baş vermiş hadisələrlə bağlı müzakirələrin aparıldığını vurğulayıb: 

"Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik",- deyə deputat bildirib. 

Siyasətçi Siyavuş Novruzovun bugünkü çıxışına da toxunub: 

"Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın. Siyavuş müəllim, bu cür yanlışlıq etməklə, özünüzü gözdən saldınız və sifarişlə danışdığınızı sübut etdiniz. Çox təəssüf edirəm. Zəng etdim götürmədiniz, məcbur olaraq burada yazmalı oldum".

Əli Hüseynov


SON XƏBƏRLƏR