Suriyanın enerji sisteminin bərpası üçün investisiya lazımdır və beynəlxalq ictimaiyyət bu işdə kömək etməlidir.
Bakıvaxtı.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
“Keçən həftə Suriyaya olan nümayəndə heyətimiz artıq geri qayıdıb, ekspertlər ölkənin enerji infrastrukturunun o qədər də qənaətbəxş olmadığı qənaətinə gəliblər”, - nazir deyib.
Bayraktar Türkiyədən Suriyaya, xüsusilə Hələb və Afrin şəhərlərinə elektrik enerjisinin tədarükünə başladığını da açıqlayıb.
“Biz bu tədarükləri cənuba daha da genişləndirə bilərik, bundan əlavə, dizel generatorları üçün yanacaq tədarük edə bilərik”, - nazir qeyd edib.