• Bakı C

    3.69 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib 

İQTİSADİYYAT

03 Fevral 2025 | 16:01

İqtisadiyyat Nazirliyinin strukturunda dəyişiklik edilib 

Prezident İlham Əliyev Azərbaycan İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, İqtisadiyyat Nazirliyinin ştat vahidləri artırılıb. Qərara əsasən, nazirliyin strukturuna daxil olan qurumların ümumi işçi sayı 3324 nəfərə çatdırılıb. Bunun 2641-i vəzifəli şəxs, 683-ü isə xidmət heyətidir.

Bundan əlavə, fərmanda “4494” rəqəmlərinin “5651” ilə əvəz edilməsi, həmçinin nazirliyin ştat sayına və strukturuna dair dəyişikliklərin edilməsi nəzərdə tutulub.

Bu fərman 2025-ci il yanvarın 1-dən tətbiq edilir.


SON XƏBƏRLƏR