• Bakı C

    4.94 m/s

  • USD - 1.7

    EUR - 1.7815

    RUB - 1.8932

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun bu il üçün büdcəsi təsdiq edilib

İQTİSADİYYAT

04 Mart 2025 | 12:07

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun bu il üçün büdcəsi təsdiq edilib

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM BA) bu nəqliyyat marşrutunun 2025-ci il üzrə büdcəsi təsdiq edilib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bu gün Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağı keçirilib.

Yığıncağında çıxış edən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov bildirib ki, bu il üçün Assosiasiyasının gəlirləri 1 milyon 200 min 959 ABŞ dolları həddində proqnozlaşdırılır: “Bunun 560 min ABŞ dollarını daimi üzvlərin üzvlük haqları, 359 min 680 ABŞ dollarını assosiativ üzvlərdən üzvlük haqqları, 147 min 189 ABŞ dollarını debitor borclar və 134 min 90 ABŞ dollarını ilin əvvəlinə pul vəsaitlərinin qalığı təşkil edir”.

O qeyd edib ki, hesabat dövründə inzibati xərclərə 797 min 202 ABŞ dollarını, marketinq xərclərinə 167 min 160 ABŞ dollarını, təmsilçilik xərclərinə 121 min 261 ABŞ dolları və ezamiyyət xərclərinə 115 min 336 ABŞ dollarının yönləndirilməsi planlaşdırılır.


SON XƏBƏRLƏR