• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bakıdan Astanaya getmək istəyənlərin NƏZƏRİNƏ

İQTİSADİYYAT

03 Fevral 2025 | 18:34 | Müəllif: Subhan Mahmudov

Bakıdan Astanaya getmək istəyənlərin NƏZƏRİNƏ

Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti yay mövsümü üçün Bakı-Astana-Bakı istiqaməti üzrə aviabiletlərin satışına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı və Qazaxıstanın paytaxtı arasında uçuşlar iyunun 2-dən başlayacaq və həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günü həyata keçiriləcək.

Bundan əvvəl aviaşirkət 2025-ci il yaz-yay mövsümü üçün aviabiletlərin satışının başladığını elan etmişdi. Artıq sərnişinlər Astana və Qazaxıstanın digər şəhərlərinə “FlyArystan” mobil tətbiqi, şirkətin rəsmi saytı və digər mövcud satış kanalları vasitəsilə ən sərfəli qiymətlərlə bilet əldə edə bilərlər.

“FlyArystan” “Air Astana” qrupunun törəmə şirkəti olan Qazaxıstanın aşağı büdcəli aviaşirkətidir və 2019-cu ilin may ayından fəaliyyətə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026