• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Suriyaya beynəlxalq uçuşlar bərpa edilir

DÜNYA

05 Yanvar 2025 | 04:13 | Müəllif: Gülşən Şərif

Suriyaya beynəlxalq uçuşlar bərpa edilir

Yanvarın 7-dən etibarən Dəməşq aeroportuna beynəlxalq uçuşlar bərpa ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Suriyanın Mülki Aviasiya Agentliyindən rəsmi Sana agentliyinə bildirilib.

Qeyd edilib ki, Dəməşq və Hələb aeroportlarında beynəlxalq reysləri qəbul etmək üçün müvafiq şərait yaradılıb.

Hazırda hər 2 aeroport yalnız daxili reysləri və humanitar yük gətirən hava gəmilərini qəbul edərək yola salır. Artıq bir neçə xarici aviaşirkət uçuşların bərpası üçün müraciət edib.

Qeyd edək ki, ölkədaxili münaqişəyə görə təxminən 12 ildir Suriyaya beynəlxalq uçuşlar dayandırılmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR