• Bakı C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır

DÜNYA

04 Fevral 2025 | 00:54

Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından çıxarır

ABŞ Prezidenti Donald Tramp 24 saat ərzində ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Amerikanın "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərman İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində imzalanacaq.

Trampın əmrinə əsasən, ABŞ Dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların, birliklərin radikal və ya anti-Amerika siyasətini təbliğ etdiyi barədə hesabat verməli olacaq.

Xatırladaq ki, 2024-cü il oktyabrın 28-də İsrail Knesseti (birpalatalı parlament) ölkədə UNRWA-nın fəaliyyətinin qadağan olunması ilə bağlı edən qanun qəbul edib.


SON XƏBƏRLƏR

03 Fevral 2025