• Bakı C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.7385

    RUB - 1.7226

Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

DÜNYA

04 Fevral 2025 | 00:30

Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb

Fransa Seneqaldan öz qoşunlarını çıxarmağa başlayıb.

Bakıvaxtı.az-ın "Senego" portalına istinadən məlumatına görə, “Mareşal”, “Sent-Ekzüperi” və “Kont-Admiral Prote” bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Portal öz mənbələrinə istinadən bildirir ki, fransız hərbi kontingenti sentyabr ayınadək Seneqalı tam şəkildə tərk etməlidir.

Daha əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay bəyan etmişdi ki, ölkəsi xarici dövlətlərlə hərbi əməkdaşlığın yeni doktrinasına keçəcək və bu doktrina 2025-ci ildən etibarən onların Seneqal ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutur.


SON XƏBƏRLƏR

03 Fevral 2025