“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Bakıvaxtı.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.
U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb
Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.
Xatırladaq ki, "Şamaxı" bunadək Cəlal Hüseynovu transfer etmişdi.