Fevralın 5-də Serbiyanın paytaxtı Belqradda boks üzrə beynəlxalq turnir start götürəcək. 5 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Bakıvaxtı.az bu barədə Azərbaycan Boks Federasiyasından məlumat əldə edib.
Məlumata görə, Belqradda yığmamızın heyətində Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayeva (+81 kq) gücünü yoxlayacaq.
Qeyd edək ki, bu gün səfərə yollanan boksçularımız fevralın 10-da Bakıya qayıdacaqlar.