• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Millimizin sabiq üzvü Moskvada HƏBS OLUNDU

İDMAN

05 Mart 2025 | 13:28

Millimizin sabiq üzvü Moskvada HƏBS OLUNDU

Futbol üzrə Azərbaycan yığmasının sabiq üzvü Abdulla Abatsiyev Moskvada həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, millimizin keçmiş oyunçusu fırıldaqçı dəstənin kuryeri olmaqda ittiham edilir.

Həmin dəstə fırıldaqçılıqla 14 milyon rubl (265 min 188 manat) əldə edib. A.Abatsiyev də bu fırıldaqda iştirakçı olub.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda dələduzluq) ilə cinayət işi açılıb. Futbolçu Preobrajenski Rayon Məhkəməsi tərəfindən həbs edilib.

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib. O, ölkəmizdə “Sumqayıt” və “İnter” klublarında oynayıb.


Millimizin sabiq üzvü Moskvada HƏBS OLUNDU
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026