• Bakı 12° C

    10.36 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

UEFA-dan  Azərbaycan millisinə xəbərdarlıq 

İDMAN

04 Aprel 2025 | 11:12

UEFA-dan Azərbaycan millisinə xəbərdarlıq

UEFA 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, buna yığma üzvü Pərişan Abdullayevanın Avropa çempionatının ikinci seçmə mərhələsinin II turunda, Albaniya ilə matçda (0:4) meydana çıxması səbəb olub.

Birinci seçmə mərhələdə, Estoniya ilə qarşılaşmada (0:3) sarı vərəqə alan oyunçu ikinci tsiklin Şimali İrlandiya ilə ilk görüşündə (0:4) də eyni halla üzləşib. Abdullayeva bu səbəbdən Albaniya ilə oyunda iştirak etməməli idi.

Buna baxmayaraq onun adı sözügedən matç üçün sistemə yüklənib və UEFA nümayəndəsi də bunu təsdiqləyib. Lakin həmin şəxs qarşılaşmadan sonra bunun fərqinə varıb. Sonradan Pərişan Abdullayeva sonuncu turda Monteneqro (1:2) ilə matçın iştirak ərizəsinə salınmayıb və cəzasını həkim görüşdə çəkib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026