• Bakı 18° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

"Real"da daha bir itki

İDMAN

03 May 2025 | 22:09

Realda daha bir itki

"Real"ın futbolçusu Rodriqo La Liqanın 34-cü turunda keçiriləcək "Selta" ilə oyunu buraxacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Buna səbəb vingerin xəstələnməsi olub. O, məşqi yüksək hərarət və güclü soyuqdəymə simptomları ilə başa vurub. Yoluxmanın qarşısını almaq üçün maksimum ehtiyatlılıq edən klub onun sabahkı oyunda iştirak etməyəcəyinə qərar verib.

Qeyd edək ki, "Real"ın futbolçuları Eder Militao, David Alaba, Toni Rüdiger, Dani Karvaxal, Ferlan Mendi, Eduardo Kamavinqa da sıradan çıxıb.

Sözügedən matç sabah Bakı vaxtı ilə 16:00-da keçiriləcək. 

 


SON XƏBƏRLƏR

03 May 2025