İspaniyanın "Atletiko" klubu futbolçusu Antuan Qrizmannın müqaviləsinin müddətini uzadıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Anlaşmaya əsasən, 34 yaşlı hücumçunun yeni sözləşməsinin vaxtı 2027-ci il iyunun 30-da başa çatacaq.
Qeyd edək ki, fransalı forvard cari mövsüm "Atletiko" forması ilə 53 matçda 16 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.