• Bakı 24° C

    2.59 m/s

  • USD - 1.7

    EUR - 1.9405

    RUB - 2.2222

Sumqayıtda köhnə zavodda YANĞIN

HADİSƏ

03 Iyun 2025 | 20:38

Sumqayıtda köhnə zavodda YANĞIN

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən köhnə zavodlardan birinin həyətində yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə, xüsusilə də yaxınlıqdakı sexlərə keçməsinin qarşısı alınıb.

Yanğın tamamilə söndürülüb. Ərazidə soyutma işləri aparılır, yanğının səbəbləri araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Iyul 2026