Rusiyanın Sankt-Peterburq şəhər sakini naringidən boğularaq ölüb.
Bakıvaxtı.az yerli mediaya istinadla bildirir ki, 64 yaşlı qadın mayın 23-də səhər saatlarında yaşadığı mənzildən təcili olaraq xəstəxanaya yerləşdirilib, o, naringi yedikdən sonra boğulmağa başlayıb.
Qadın klinik ölüm yaşasa da, həkimlər onu həyata qaytara biliblər. O, bir neçə gün müşahidə altında olub və boru vasitəsilə nəfəs alıb.
Lakin bir həftə sonra fəsadlar başlayıb və peterburqlu qadın dünyasını dəyişib.