• Bakı 23° C

    6.08 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Dünya təhlükədə: Buz nəhəngi yaxınlaşır

DÜNYA

04 Iyun 2025 | 00:50

Dünya təhlükədə: Buz nəhəngi yaxınlaşır

Qlobal istiləşmənin təsiri ilə iqlim sistemi dəyişməyə davam edir və bunun bariz nümunələrindən biri Cənubi Corciya adasına yaxınlaşan A23a aysberqidir. Çəkisi bir trilyon ton və hündürlüyü onmərtəbəli bina qədər olan bu nəhəng buz kütləsi peyklər vasitəsilə diqqətlə izlənilir, çünki onun sahilə çatması yerli ekosistemə ciddi ziyan vura bilər.

Bakıvaxtı.az xəbər verir ki, cənubi Corciya adası kral pinqvinlərinin koloniyalarına və cənub dəniz fillərinin yaşayış yerlərinə ev sahibliyi edir.

A23a aysberqi onların dənizə çıxışını bağlaya bilər ki, keçmişdə belə hallar kütləvi aclıq və ekosistemin çökməsi ilə nəticələnib.

Alimlər bildirirlər ki, yaxın gələcəkdə aysberq parçalanaraq daha kiçik hissələrə bölünəcək, amma bu fraqmentlər də təhlükə mənbəyi olaraq qalacaq. Onların hərəkət trayektoriyası qeyri-müəyyən olduğundan, həm dəniz canlılarına zərər verə, həm də gəmiçilik üçün risklər yarada bilər./Milli.az


SON XƏBƏRLƏR