• Bakı 23° C

    13.98 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi

DÜNYA

03 Iyul 2025 | 23:05

ABŞ Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin etdi

Rəsmi Vaşinqton Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb. 

Bildirilib ki, bu vəzifəyə Emi Karlon təyin edilib. Onun bu həftə Bakıya gəldiyi qeyd olunub. 

Emi Karlon 2022-2024-cü illərdə Xarici Xidmət İnstitutunda Siyasi Təlim Direktoru vəzifəsində çalışıb. Əvvəllər o, Şərqi Asiya və Sakit Okean Məsələləri Bürosunda Avstraliya, Yeni Zelandiya və Sakit Okean adaları üzrə direktor müavini olub (2020-2022). O, həmçinin ABŞ-nin Yunanıstandakı səfirliyində (2016-2019) və ondan əvvəl İndoneziya, Avstriya və Rusiyada Siyasi Müşavir vəzifəsində çalışıb. O, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunda təcrübəyə malikdir.


SON XƏBƏRLƏR

03 Iyul 2025