• Bakı 22° C

    15.31 m/s

  • USD - 1.7

    EUR - 2.0043

    RUB - 2.1553

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıdı

DÜNYA

03 Iyul 2025 | 22:39

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıdı

Rusiya Əfqanıstan İslam Əmirliyini rəsmən tanıyıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

İyulun 3-də Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko Əfqanıstanın Rusiyaya yeni təyin olunmuş səfiri Gül Həsəndən etimadnaməsinin surətlərini qəbul edib.

Rusiya Xarici İşlər Nazirliyi həmçinin bəyan edib ki, Əfqanıstan hakimiyyətinin Rusiya Federasiyası tərəfindən rəsmi tanınması iki ölkə arasında müxtəlif sahələrdə məhsuldar ikitərəfli əməkdaşlığın inkişafına təkan verəcək. Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva enerji, nəqliyyat, kənd təsərrüfatı və infrastruktur sahələrində layihələrə xüsusi diqqət yetirməklə, Kabillə ticarət-iqtisadi sahədə əməkdaşlıq üçün əhəmiyyətli perspektivlər görür.

İyunun 19-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya “vaxtında” Əfqanıstanın hazırkı hakimiyyətini tanıyacaq.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, Rusiya narkotik və terrorizmlə mübarizədə Əfqanıstanla əməkdaşlıq etmək niyyətindədir.


SON XƏBƏRLƏR

03 Iyul 2025