• Bakı 5° C

    1.1 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Günay Qurbanova yenidən Avropa çempionu oldu

İDMAN

03 Iyul 2025 | 23:17 | Müəllif: Subhan Mahmudov

Günay Qurbanova yenidən Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U20 Avropa çempionatı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün qadın güləşi üzrə ilk çempionlar müəyyənləşib.

Dünən bütün rəqiblərini vaxtından əvvəl məğlub edərək finala yüksələn Günay Qurbanova (59 kq) həlledici görüşdə türkiyəli Sevim Akbaşla qarşılaşıb. Finalın əvvəlindən sonunadək dominantlıq edən həmyerlimiz böyük üstünlüklə (9:1) qələbə qazanaraq Avropa çempionu olub.

Beləliklə, güləşçimiz bu il iştirak etdiyi üçüncü yarışda da qızıl medala sahib çıxıb. Xatırladaq ki, Qurbanova daha öncə ilk reytinq turnirinin və U23 Avropa çempionatının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026