• Bakı 27° C

    0.43 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

UEFA "Sabah"ın rəqibini cərimələyib

İDMAN

02 Avqust 2025 | 16:52

UEFA Sabahın rəqibini cərimələyib

UEFA "Sabah"ın Konfrans Liqasının III təsnifat mərhələsində üz-üzə gələcəyi Bolqarıstanın "Levski" (Sofiya) klubunu cərimələyib.

Bakıvaxtı.az-ın məlumatına görə, paytaxt təmsilçisi evdə İsrailin "Hapoel" (Beer-Şeva) kollektivinə qarşı keçirdikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda (0:0) yaşananlara görə ziyana düşüb.

Sofiya klubu ictimai keçidlərin bağlanması ucbatından 14000 avro ödəyəcək. Bundan əlavə, "Levski" azarkeşlərin pirotexniki vasitələrdən istifadəsi və fanatların meydana yad əşyalar atmasına görə 6000 manat cərimələnib.

Qeyd edək ki, "Sabah" bu rəqiblə ilk matçı avqustun 7-də səfərdə, cavab görüşünü isə 14-də evdə keçirəcək.


SON XƏBƏRLƏR