İspaniyanın "Barselona" klubu futbolçusu Mark Kasado ilə yollarını ayıra bilər.
Bakıvaxtı.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini satmağı düşünür.
Oyunçu baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil.
İngiltərənin "Çelsi" klubu futbolçu ilə maraqlanır.
Qeyd edək ki, Mark Kasado "Barselona"nın heyətində 41 oyuna 1 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.