• Bakı 22° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9904

    RUB - 2.0972

Azərbaycanı AÇ-də təmsil edəcək gənc cüdoçuların adları bilindi

İDMAN

01 Sentyabr 2025 | 18:20

Azərbaycanı AÇ-də təmsil edəcək gənc cüdoçuların adları bilindi

Azərbaycanı Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək gənclər arasında Avropa çempionatında təmsil edəcək cüdoçular müəyyənləşib.  

Bakıvaxtı.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yığma qitə birinciliyində 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə mübarizə aparacaq. 

Milli turnirin son günündə qarışıq komanda yarışında çıxış edəcək. 

Cüdoçulara gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.  

Oğlanların yarışında Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov, (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev (90 kq), Davud Namazlı (100 kq) və Ramazan Əhmədov (+100 kq) qalib olmağa çalışacaqlar.

Qızların mübarizəsində isə Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Nilgün Rzayeva (63 kq) tatamiya çıxacaqlar. Nigar Süleymanova (+78 kq) qarışıq komanda yarışında yığmanın heyətində yer alacaq.  

Qeyd edək ki, sentyabrın 4-dən 7-dək davam edəcək Avropa çempionatında 42 ölkədən 374 idmançı (207 oğlan, 167 qız) mübarizə aparacaq.     


SON XƏBƏRLƏR