• Bakı 26° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırılıb

İDMAN

02 Avqust 2025 | 22:22

Messinin mühafizəçisi matçlardan uzaqlaşdırılıb

"İnter Mayami"nin futbolçusu Lionel Messinin cangüdəni Yasin Çeuko Liqa Kuboku və MLS matçlarından kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "TyC Sports" məlumat yayıb.

Amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatan “İnter Mayami” – “Meksika Atlas” matçının sonunda futbolçular arasında qalmaqal baş verib.

Mübahisə zamanı Çeuko araya girərək Meksika klubunun iki futbolçusunu itələyib. “İnter Mayami” də oyundan sonra cangüdəninin davranışına görə cərimələnib.

"Başa düşürəm ki, o, Messini azarkeşlərdən qorumaq üçün oradadır. Amma onun oyunçular arasında ünsiyyətə mane olmağa icazəsi yoxdur", - "Meksika Atlas" oyunçularından biri matçdan sonra deyib.

Martın sonunda Çeuko MLS matçlarından uzaqlaşdırılıb.


SON XƏBƏRLƏR

02 Avqust 2025