• Bakı 25° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Daha 19 nəqliyyat vasitəsi özəlləşdirildi

İQTİSADİYYAT

03 Iyun 2025 | 17:33

Daha 19 nəqliyyat vasitəsi özəlləşdirildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb.

Bakıvaxtı.az quruma istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 134 sifariş qəbul edilib. Bunlardan 29-u onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 18 000 manat olan “Land Rover Defender” markalı avtomobil 35 000 manata, 7 800 manat olan “Toyota Avalon” markalı avtomobil isə 11 206 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://shorturl.at/93My7 linki vasitəsilə tanış olmaq olar.

Növbəti hərraclar iyunun 10-u, 11-i, 18-i və 24-də keçiriləcək. Hərraclara 5 səhmdar cəmiyyətinin səhm paketi, 53 nəqliyyat vasitəsi və 4 texnika çıxarılacaq.

Hərraca çıxarılan əmlakların siyahısı ilə https://shorturl.at/PvLDX linki vasitəsilə tanış olmaq mümkündür.

Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.


SON XƏBƏRLƏR

04 Iyun 2025