Krım körpüsü gün ərzində ikinci dəfə hücuma məruz qalıb.
Bakıvaxtı.az verir ki, bu barədə Rusiyanın yerli teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, hücum pilotsuz dəniz dronları vasitəsi ilə həyata keçirilir.
Hazırda Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.