İmişli və saatlı rayonlarının bəzi ərazilərində sabah qaz təchizatı dayandırılacaq.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, fasilə “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağının girişində quraşdırılmış diametri 200 mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin baypas xəttində yeni, diametri 200-mm-lik “RDO-1-16/200” tipli qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar olacaq.
Nəticədə iyunun 4-də saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli şəhər mərkəzi də daxil olmaqla, rayonun 20 kəndində - Yalavac, Cəfərli, Rəsullu, Muradxanlı, Ağammədli, Oruclu, Məhəmmədli, Əliqulular, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Qaralar, Cavadxanlı, Sarxanlı, Bəcirəvan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərində, Yeni Bəhramtəpə, Vətəgə qəsəbələrində (18 min 52 abonent) və Saatlı rayonunun Məzrəli, Naharlı kəndlərində (343 abonent) “İmişli” QPS-dən qidalanan “İmişli 2” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.



jpg-1751546511.webp)

jpg-1751545982.webp)




jpg-1751543081.webp)
jpg-1751542608.webp)
jpg-1751542410.webp)
jpg-1751542301.webp)


