• Bakı 24° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.148

Bayram günlərində avtobus və qatarlar necə işləyəcək?

CƏMİYYƏT

03 Iyun 2025 | 16:45

Bayram günlərində avtobus və qatarlar necə işləyəcək?

Qarşıdan Qurban bayramı gəlir.

Bakıvaxtı.az xəbər verir ki, bayramla əlaqədar ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.

Belə ki, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq. İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək.

Qeyri-iş günlərində vətəndaşlar əsasən bölgələrə üz tuturlar. 

Maraqlıdır, bu günlərdə qatar və avtobuslar necə işləyəcək?

"Azərbaycan Dəmir Yolları" QSC-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, qarşıdan gələn Qurban bayramı günlərində - 6, 7, 8 və 9 iyun tarixlərində Qəbələyə reyslər təyin edilib.

Qeyd olunub ki, bayram günlərində tələbat olacağı təqdirdə Bakı-Balakən-Bakı qatarına əlavə vaqonlar qoşulacaq.

O da nəzərə çatdırılıb ki, 31 may tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.

"Belə ki, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək",- deyə qurumdan məlumat verilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən isə Bakıvaxtı.az-ın sorğusuna cavb olaraq bildirilib ki, Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 5-9 iyun tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd olunub ki, AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram ərəfəsində və istirahət günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacağı nəzərə çatdırılıb.

"Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək. Vətəndaşlar biletləri https://biletim.az/ portalından onlayn qaydada, həmçinin avtovağzalların kassalarından əldə edə bilərlər.

Qeyd edək ki, hazırda portalda 51 şəhər və rayona 82 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 326 reys olmaqla 373 nəqliyyat vasitəsi qoşulub. Portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir",- deyə qurumdan məlumat verilib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

04 Iyun 2025