• Bakı 25° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Yeni seçilmiş prezident Zelenskiyə müraciət etdi

DÜNYA

03 Iyun 2025 | 18:54

Yeni seçilmiş prezident Zelenskiyə müraciət etdi

Polşanın yeni seçilmiş prezidenti Karol Navroski sosial şəbəkədə Ukrayna lideri Volodimir Zelenskiyə müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, o, iki ölkə arasında əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiyini bildirib.

“Ümid edirəm ki, biz ümumi rifah naminə, həll olunmamış keçmişi həll etmək və birgə təhlükəsiz gələcək qurmaq üçün birgə işləməyə davam edəcəyik”, - deyə Navroski Zelenskinin təbrikinə cavab olaraq yazıb.

O qeyd edib ki, Polşa “Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanın ən qızğın dəstəkçisidir”. Navroskinin sözlərinə görə, heç bir ölkə bu təhlükəni Ukrayna və Polşa qədər başa düşmür.


SON XƏBƏRLƏR