• Bakı 24° C

    4.95 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Atambayevə həbs cəzası verildi

DÜNYA

03 Iyun 2025 | 21:03

Atambayevə həbs cəzası verildi

Qırğızıstan paytaxtının Pervomayski rayon məhkəməsi respublikanın keçmiş prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. 

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində torpaq sahələrini qanunsuz mənimsəməkdə, Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada və avqustun 7-8-də həmin kənddə kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

Keçmiş prezidentə əmlakın müsadirə edilməsi barədə göstəriş verilib və bütün dövlət mükafatlarından məhrum edilib.


SON XƏBƏRLƏR