• Bakı 22° C

    9.22 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanın U-21 millisi bu gün Belarus yığması ilə üz-üzə gələcək

İDMAN

04 Iyun 2025 | 09:40

Azərbaycanın U-21 millisi bu gün Belarus yığması ilə üz-üzə gələcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama görüşünü keçirəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, U-21 səfərdə Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

Baranoviçi şəhər stadionunda təşkil olunacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək.


SON XƏBƏRLƏR

05 Iyun 2025