• Bakı 25° C

    4.03 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Naxçıvanda erkən nikahın qarşısı alındı

CƏMİYYƏT

03 Iyun 2025 | 19:16

Naxçıvanda erkən nikahın qarşısı alındı

Naxçıvanda erkən evliliyin qarşısı alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən xəbər verilib. Qeyd olunub ki, komitə tərəfindən erkən nikahla mübarizə istiqamətində tədbirlər davam etdirilir. 04.05.2000-ci il təvəllüdlü Şahbuz rayon Gömür kənd sakini A.C (ad və soyad şərtidir) tərəfindən 08.08.2008-ci il təvəllüdlü Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd ediblər.

    Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

    Beləliklə də, aid təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb.

    Aidiyyəti dövlət orqanları ilə birlikdə tərəfimizdən həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan şəxs Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.


    SON XƏBƏRLƏR