• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Şərurda qaya uçqunu olub - FOTO

CƏMİYYƏT

05 Iyun 2025 | 12:34

Şərurda qaya uçqunu olub - FOTO

Şərur rayonunun kənd yolunda qaya uçqunu olub.

Bakıvaxtı.az xəbər verir ki, Şərur rayonunun Havuş kəndinə gedən avtomobil yolunun dağlıq hissəsində qaya uçqunu baş verib.

İri qaya parçaları yolun hərəkət hissəsinə düşüb.

Hadisə baş verən kimi Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin müvafiq texnika və canlı qüvvəsi əraziyə cəlb olunub. İri ölçülü qaya parçaları texniki vasitələrlə yerindəcə parçalanaraq ərazidən çıxarılıb.

Hazırda yolda təhlükəsizlik təmin edilib.


SON XƏBƏRLƏR