• Bakı 24° C

    13.56 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir

CƏMİYYƏT

05 Iyul 2025 | 10:03

Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir

Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutur.

Qanvermə aksiyasında Dövlət Komitəsinin sədri Ramin Məmmədov və komitənin səlahiyyətli şəxaləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, bu gün ölkə üzrə qanvermə aksiyası keçirilir.

Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının iştirakı ilə Aşura günündə keçirilən aksiyaya könüllü şəxslər və ictimaiyyət nümayəndələri qatılırlar.

Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Xatırladaq ki, bu il aksiyalar Şuşa, Ağdam şəhərləri, Naxçıvan Muxtar Respublikası daxil olmaqla müxtəlif şəhər və rayonlarında təşkil edilir.


SON XƏBƏRLƏR

04 Iyul 2025