• Bakı 20° C

    2.13 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

Lənkəranda boğulmaqda olan gənc xilas edildi

CƏMİYYƏT

03 Avqust 2025 | 21:14 | Müəllif: Subhan Mahmudov

Lənkəranda boğulmaqda olan gənc xilas edildi

Lənkəranda boğulmaqda olan şəxs xilas edilib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisindəki çimərliklərdən birində qeydə alınıb.

Dənizin nisbətən dərin hissəsinə doğru üzən gəncin batmaq təhlükəsində olduğunu görən Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dərhal müdaxilə edərək onu sudan çıxarıb sahilə çatdırıblar.

Gəncə ilkin tibbi yardım göstərildikdən sonra o, Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR