• Bakı 34° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Bu gün 41 dərəcə isti olacaq

CƏMİYYƏT

04 Avqust 2025 | 08:58

Bu gün 41 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Bakıvaxtı.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Verilən məlumata görə, havanın temperaturu 35-40 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət 35-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu 35-40, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda 29-34 dərəcə isti olacaq.


SON XƏBƏRLƏR

03 Avqust 2025