• Bakı 28° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Su borcu olanlara ŞAD XƏBƏR

CƏMİYYƏT

03 Avqust 2025 | 21:00

Su borcu olanlara ŞAD XƏBƏR

Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında deyilir.

Bildirilib ki, bunun üçün vətəndaşlar yerli sukanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır:

"Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər".


SON XƏBƏRLƏR

03 Avqust 2025
02 Avqust 2025